Rusiya və Ukrayna arasında enerji atəşkəsi elan olunub?

29-01-2026, 15:42 388 dəfə baxılıb

 

Rusiya və Ukrayna arasında enerji infrastrukturuna zərbələrin dayandırılması barədə razılıq əldə olunub.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu iddia ilə Rusiya hərbi bloqerləri çıxış ediblər. 


“Daxil olan məlumata görə, bu gün səhər saat 7-dən etibarən Rusiya Silahlı Qüvvələrində bütün Ukrayna ərazisində hər hansı infrastruktur obyektinə atəş açmaq qadağan edilib”, - bloqer Vladimir Romanov yazıb.


Daha sonra Ukrayna hərbçilərinə də analoji əmr verildiyi barədə xəbər yayılıb. 


“Nikolayevski Vanyok” kanalı isə tərəflər arasında enerji sistemlərinə zərbələrin dayandırılması ilə bağlı yekun qərarın hələ də olmadığını bildirib. Buna görə də o, ukraynalıları sayıq olmağa çağırıb: “Onlar atəşi dayandırmayacaqlar və hətta indi onlar üçün hər hansı qadağa olsa belə, bu, müvəqqəti olacaq”, - o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031