İrandan Trampın razılaşma çağırışına - Cavab

29-01-2026, 09:38 379 dəfə baxılıb

 

İranın xarici işlər naziri Abbas Araqçi ölkəsinin dinc nüvə texnologiyasına sahib olmaq hüququnu təmin edən və nüvə silahı əldə edilməsinin qarşısını alan razılaşmaya hazır olduqlarını bir daha bəyan edib.


“Yenisirvanli.info.az”ın xəbərinə görə, “X” sosial şəbəkəsində paylaşım edən Araqçi ABŞ Prezidenti Donald Trampın nüvə razılaşması ilə bağlı mesajına cavab verib.


O bildirib ki, İran həmişə qarşılıqlı faydaya əsaslanan, ədalətli və bərabər şərtlər üzərində qurulan nüvə razılaşmasını dəstəkləyib.


Nazirin sözlərinə görə, belə bir razılaşma təzyiq, təhdid və qorxutma elementlərindən uzaq olmalı, İranın dinc nüvə texnologiyasından istifadə hüququnu təmin etməli və nüvə silahlarının əldə edilməsinə yol verməməlidir.


Araqçi vurğulayıb ki, İranın təhlükəsizlik doktrinasında kütləvi qırğın silahlarına yer yoxdur və ölkə heç vaxt bu cür silahlar əldə etməyə cəhd göstərməyib.


Bununla yanaşı, iranlı nazir ölkəyə qarşı istənilən hücuma dərhal və sərt cavab veriləcəyini də qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031