“Ermənistandakı Aİ missiyasına yeni funksiyalar verilə bilər”

28-01-2026, 18:34 376 dəfə baxılıb

 

“Avropa İttifaqının Ermənistandakı missiyasına sərhədlərin idarə edilməsi ilə bağlı bəzi funksiyalar verilə bilər”.


“Yenisirvanli.info.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasının iclasında çıxışı zamanı bildirib. 


“Anlayırıq ki, zaman keçib və indi aramızda sülh var, bu missiyanın bizə dəstək göstərməyə necə davam edə biləcəyi barədə düşünməliyik. Bəlkə də sərhəd idarəetməsində bəzi funksiyalar verə bilərik, bəlkə də başqa nələrsə”, - nazir deyib.


Qeyd edək ki, Avropa İttifaqının Ermənistandakı missiyası Aİ Şurasının 2023-cü il 20 fevral tarixli qərarı ilə yaradılıb və fəaliyyətə başlayıb. 30 yanvar 2025-ci ildə Aİ Şurası missiyanın mandatını 2027-ci ilin fevralın 19-na qədər uzatmaq barədə qərar qəbul edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031