“Tariflərdən 600 milyard dollar qazanmışıq”

28-01-2026, 09:13 357 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp gömrük rüsumlarının ölkə büdcəsinə təxminən 600 milyard dollar həcmində gəlir qazandırdığını bildirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, o, bu açıqlamanı “Fox News” telekanalına müsahibəsində səsləndirib.


Tramp vurğulayıb ki, tariflər iqtisadi uğurun əsas alətlərindən biridir:


“Gömrük tarifləri son dərəcə vacibdir. Bu mexanizm sayəsində 600 milyard dollara yaxın gəlir əldə etmişik”.


Prezident qeyd edib ki, əgər ABŞ Ali Məhkəməsi tariflərlə bağlı qəbul edilən qərarları qüvvədən salarsa, administrasiya alternativ mexanizmlər tətbiq edəcək.


Qeyd edək ki, Donald Tramp 2025-ci il aprelin 2-də 185 ölkədən ABŞ-yə idxal olunan məhsullara gömrük tariflərinin tətbiq edildiyini elan etmişdi. Sonradan bəzi ölkələr üzrə tarif dərəcələrinə yenidən baxılıb və dəyişikliklər edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031