“Ərdoğanın belə bir qərar imzalaması xəbəri yalandır”

27-01-2026, 11:19 330 dəfə baxılıb


“Bəzi informasiya saytlarında və sosial şəbəkələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanda ölən hərbçilərin ailələrinə və ölkədə yardıma ehtiyacı olan təbəqəyə 10 milyon dollar maddi yardım ayrılmasına dair qərar imzalaması barədə yayılan iddialar tamamilə əsassızdır”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi yayıb. 


“İctimaiyyətin ölkəmizi və Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan dezinformasiyalara inanmasını, yalnız rəsmi qurumlar tərəfindən edilən açıqlamaları nəzərə almasını xahiş edirik”, - məlumatda qeyd olunub.


Qeyd edək ki, dünən bir neçə yerli saytda “Türkiyə ölmüş erməni hərbçilərin ailələrinə yardım edəcək?” başlığı ilə yazılar dərc olunsa da, məlumatlar daha sonradan silinib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031