Trampın həmin siyahısında - Azərbaycan da xatırlandı

21-01-2026, 14:33 322 dəfə baxılıb

 

Ağ Ev ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik dövrünün birinci ili ərzində əldə olunmuş nailiyyətlərin əks olunduğu “365 günə 365 qələbə” adlı siyahı dərc edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, 10 bölmədən ibarət sənəd Ağ Evin rəsmi saytında dərc olunub. 


Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində vasitəçilik siyahıda 143-cü yerdə qeyd olunub və “Dünya arenasında Amerika liderliyinin bərpası” bölməsində yerləşdirilib. 


Sənəd Trampın andiçmə mərasiminin birinci ildönümünə həsr olunmuş brifinq zamanı təqdim olunub. 


“Tanrı mənim gördüyüm işlərdən qürur duyur, - o, brifinqdə çıxışı zamanı deyib.  


Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ lideri Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflanıb.


Onu da qeyd edək ki, D.Trampın 47-ci ABŞ prezidenti olaraq andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçirilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031