Tramp bu dəvəti Putinə də etdi

19-01-2026, 17:34 292 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini Qəzza sektorunun idarə edilməsi məqsədilə yaradılan Sülh Şurasının tərkibinə qatılmağa dəvət edib. 


“Yenisirvanli.info.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. 


“Bəli, Prezident Putin də diplomatik kanallar vasitəsilə bu Sülh Şurasının tərkibinə daxil olmaq üçün dəvət alıb, hazırda biz bu təklifin bütün detallarını araşdırırıq. Bütün nüansları aydınlaşdırmaq üçün Amerika tərəfi ilə kontaktların olacağına ümid edirik”, - Peskov bildirib.


Xatırladaq ki, D.Tramp bir neçə gün öncə Qəzza ilə bağlı Sülh Şurasının yaradıldığını elan etmişdi. Daha əvvəl Trampın Sülh Şurasına qatılmaq təklifinə Qazaxıstan lideri Kasım-Jomart Tokayevin razılıq verdiyi açıqlanmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031