Alman hərbçilər Qrenlandiyanı tərk etdi

18-01-2026, 18:43 276 dəfə baxılıb

 

Almaniya Silahlı Qüvvələri Qrenlandiyada həyata keçirdiyi hərbi missiyanın başa çatdığını açıqlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, Almaniya hərbçiləri Danimarka ordusu ilə birgə keçirilən “Arctic Endurance” adlı hərbi təlim proqramı çərçivəsində Qrenlandiyada olublar.


Onların bölgəyə göndərilməsinin əsas məqsədi Arktika şəraitində hərbi hazırlığın yoxlanılması, çətin iqlim və relyefdə əməliyyat aparmaq bacarığının artırılması, logistika və təchizat imkanlarının sınaqdan keçirilməsi və bölgədəki təhlükəsizlik vəziyyətinin öyrənilməsi olub.


Nümayəndələr bildiriblər ki, planlaşdırılan bütün tapşırıqlar yerinə yetirilib və alman hərbçilər Qrenlandiyanı tərk etməyə başlayıblar. Danimarka tərəfi ilə əməkdaşlıq uğurlu və konstruktiv qiymətləndirilib.


Qeyd edək ki, Qrenlandiya son günlər ABŞ Prezidenti Donald Trampın bölgə ilə bağlı açıqlamalarından sonra beynəlxalq siyasi gündəmin mərkəzinə çevrilib və Arktika regionunda hərbi-siyasi fəallıq artıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031