KİV: ABŞ-nin dünya ölkələrinin təqribən 40 faizi ilə ticarət dövriyyəsi azalıb

18-01-2026, 15:43 288 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp özünün tarif siyasəti ilə Vaşinqtonun dünya dövlətlərinin demək olar ki, 40%-i ilə olan ticarət əlaqələrini azaldıb.


Yenisirvanli.info.az bildirir ki, bu barədə "RİA Novosti" agentliyi ABŞ-nin gömrük orqanlarının məlumatlarına istinadən xəbər verir.


Agentliyin tanış olduğu statistikaya əsasən, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində ABŞ 232 ticarət tərəfdaşından 86-sı ilə əmtəə dövriyyəsini azaldıb ki, bu da bütün yurisdiksiyaların 37%-ni təşkil edir.


Ən kəskin azalma Qəzza zolağı ilə qeydə alınıb, ticarət dövriyyəsi 177 dəfə azalaraq 2.6 min dollara düşüb. Əhəmiyyətli dərəcədə azalmanın müşahidə olunduğu ölkələr arasında Afrika dövlətləri - Eritreya (-88.8%), CAR (-68.1%), Tanzaniya (-63.4%), həmçinin Qrenlandiya (-86.6%), Monako (-67,5%) və Bosniya və Herseqovina (-60%) daxil olmaqla 12 Avropa ölkəsi yer alıb.


Şərqi Asiyada ticarət dövriyyəsi ən çox Laos (-54%), Bruney (-24.2%) və Çinlə (-23.2%) azalıb. Mərkəzi Asiyada isə bu azalma Monqolustan (-43.6%), Tacikistan (-29.3%) və Qazaxıstanda (-15.7%) qeydə alınıb. Yaxın Şərqdə isə geriləmə Yəmən (-55.9%) və İrana (-38.5%) təsir edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031