ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı

15-01-2026, 14:32 243 dəfə baxılıb

 

ABŞ-nin tələbi ilə BMT Təhlükəsizlik Şurasında (TŞ) İrandakı vəziyyətlə bağlı iclas keçiriləcək.


“Yenisirvanli.info.az” “Reuters”ə istinadən xəbər verir ki, TŞ-yə sədrlik edən Somali missiyası məlumatı təsdiqləyib. 


İclasın bu gecə Bakı vaxtı ilə saat 00:00-da keçiriləcəyi bildirilir. 


Xatırladaq ki, İranda dekabrın sonundan başlayan etiraz aksiyaları davam edir. İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) aksiyalar zamanı ölənlərin sayının 2615-ə yüksəldiyini, daha 2054 nəfərin yaralandığını açıqlayıb. 18470 nəfərin isə saxlanıldığı qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031