Klintonlar Konqresin bu çağırışını rədd etdilər

14-01-2026, 08:21 208 dəfə baxılıb

 

ABŞ-nin keçmiş Prezidenti Bill Klinton və keçmiş Dövlət katibi Hillari Klinton milyarder Ceffri Epşteynlə bağlı aparılan Konqres istintaqı çərçivəsində ifadə verməkdən imtina ediblər.


“Yenisirvanli.info.az” xəbər verir ki, Klinton cütlüyü məsələ ilə bağlı yaydıqları yazılı açıqlamada Nümayəndələr Palatasının Nəzarət Komitəsi tərəfindən göndərilən çağırış vərəqəsinə əməl etməyəcəklərini bildirib.


Qeyd olunub ki, sənədin məqsədi onları hüquqi baxımdan çətin vəziyyətə salmaqdır.


Klintonlar respublikaçıların nəzarətində olan komitənin addımlarını hüquqi cəhətdən etibarsız hesab etdiklərini vurğulayıblar. Onlar barələrində “Konqresə hörmətsizlik” ittihamının hazırlanmasını siyasi motivli addım kimi qiymətləndiriblər.


Komitə sədri, respublikaçı Ceyms Komer isə Klintonlara qarşı “Konqresə hörmətsizlik” ittihamı irəli sürməyə hazırlaşdıqlarını açıqlayıb.


Qeyd edək ki, Ceffri Epşteyn yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunmuş və 2019-cu ildə həbsxanada ölü tapılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031