KİV: ABŞ Administrasiyasının İrana mümkün hərbi təsirinin əsas elementləri açıqlanıb

13-01-2026, 10:42 236 dəfə baxılıb

 

ABŞ Administrasiyası təyyarələrin və uzaqmənzilli raketlərin istifadəsini İrana mümkün hərbi təsirin əsas elementi hesab edir.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.


Məlumatına görə, ABŞ Prezidenti Donald Trampa İrandakı vəziyyətə mümkün cavab variantları, o cümlədən "kiberməkan əməliyyatları, eləcə də komandanlıq strukturlarını, rabitə sistemlərini və dövlət mediasını pozmağa yönəlmiş psixoloji kampaniyalar" barədə məlumat verilib.


Kanalın mənbələri qeyd edib ki, bunlar ya təkbaşına, ya da "ənənəvi güclə birlikdə" istifadə edilə bilər.


CBS qeyd edir ki, hava qüvvələri və uzaqmənzilli raketlər istənilən potensial hərbi cavabın əsas elementləri olaraq qalır.


Mənbələrin iddiasına görə, Pentaqon rəsmiləri rəqəmsal məkanda "münaqişənin zərbələrdən kənara çıxdığı və davamlı əməliyyatları əhatə etdiyi" ssenariləri və psixoloji təzyiq kampaniyalarını nəzərdən keçirirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031