Ermənistan Solovyova görə Rusiyaya nota verdi

12-01-2026, 19:19 216 dəfə baxılıb

 

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Xarici İşlər Nazirliyinə çağırılıb və ona rusiyalı jurnalist Vladimir Solovyovun bəyanatlarından dərin qəzəbini ifadə edən etiraz notası təqdim edilib,


“Yenisirvanli.info.az” xəbər verir ki, bu haqda Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.


“Rusiyanın Ermənistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və dövlət telekanalında səsləndirilən bəyanatlara dərin hiddət ifadə edən etiraz notası təqdim edilib. Vurğulanıb ki, bunlar Ermənistanın suverenliyinin qəbuledilməz pozulması, düşmənçilik təzahürüdür və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - o vurğulayıb.


Qeyd edək ki, Vladimir Solovyov “Ermənistanın itirilməsi Rusiyanın maraqlarına uyğun deyil və Rusiya beynəlxalq hüquqa məhəl qoymadan təkcə Ukraynada deyil, ölkənin təsir zonasındakı ərazilərdə də xüsusi hərbi əməliyyat keçirməlidir”, - deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031