Pezeşkianın çağırışından sonra küçələrə axışdılar

12-01-2026, 17:27 231 dəfə baxılıb

 

İranın müxtəlif şəhərlərində on minlərlə şəxs ölkə rəhbərliyinə dəstək üçün aksiyaya başlayıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə məlumatı “Associated Press” agentliyi yayıb.


Bildirilib ki, əllərində İran bayrağı və ölkənin ali rəhbəri Əli Xameneinin portretləri olan aksiya iştirakçıları ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.


Xatırladaq ki, İranda etiraz aksiyaları dekabrın 28-dən davam edir. İlk olaraq aksiyaçılar ölkədəki iqtisadi vəziyyətə və milli valyutanın dəyərinin enməsinə etiraz etsələr də, hadisələr daha sonradan siyasi xarakter alıb. 


Onu da bildirək ki, İran Prezidenti Məsud Pezeşkian ötən gün televiziya vasitəsilə xalqa müraciət edərək ölkə əhalisini İslam Respublikasına və onun rəhbərliyinə dəstək nümayiş etdirməyə çağırmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031