İranda 60 saatdan çoxdur internet yoxdur

11-01-2026, 14:20 208 dəfə baxılıb

 

İranda baş verən etirazlar nəticəsində ölkədə 60 saatdan (2 gün yarım) çoxdur ki, internet işləmir.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.


Məlumata görə, blokada nəticəsində mobil data, sabit internet xətləri, ev telefonları və bir sıra mobil nömrələrin fəaliyyəti dayandırılıb.


Beynəlxalq internet monitorinq xidməti olan “NetBlocks” platforması da İranda bağlantı səviyyəsinin normal həddin 1%-nə qədər düşdüyünü təsdiqləyib. Bildirilir ki, bu cür genişmiqyaslı qapanma nümayişçilərin koordinasiyasını pozmaq və təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı çəkilən görüntülərin xaricə ötürülməsini əngəlləmək məqsədi daşıyır.


Xatırladaq ki, İranda iqtisadi çətinliklər və rialın ucuzlaşması səbəbindən başlayan etiraz aksiyaları artıq 14-cü gündür ki, müxtəlif şəhərlərdə davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031