Vatikan Maduronun saxlanılmasından əvvəl ABŞ-dən onunla bağlı xahiş edib

10-01-2026, 11:43 191 dəfə baxılıb

 

Vatikan dövlət katibi (hökumət başçısı), kardinal Pyetro Parolin respublikada sabitliyin pozulmasının və qan tökülməsinin qarşısını almaq üçün Vaşinqton administrasiyasından Venesuelaya qarşı əməliyyatla bağlı tələsməməyi xahiş edibmiş.


Yenisirvanli.info.az -ın xəbərinə görə, bu barədə "The Washington Post" (WP) nəşri məlumat verib.


Nəşrin mənbələrinin məlumatına görə, dekabrın sonlarında kardinal ABŞ-nin Vatikandakı səfiri Brayan Berçdən Vaşinqtonun Venesuela ilə bağlı planları barədə soruşub və ABŞ-nin respublikada hakimiyyət dəyişikliyi etmək niyyətində olub-olmadığını müəyyən etməyə çalışıb. Parolin günlərlə ABŞ dövlət katibi Marko Rubio ilə əlaqə saxlamağa çalışıb, Venesuelada qan tökülməsinin və sabitliyin pozulmasının qarşısını almaq üçün səy göstərib.


Materialda bildirildiyinə görə, kardinal ABŞ Prezidenti Donald Trampın Administrasiyasından xahiş edib ki, Venesuela lideri Nikolas Maduroya ölkədən çıxmağı təklif etsin.


Parolin Berçə Maduronun Rusiyadan sığınacaq ala biləcəyini deyib.


Nəşr iddia edir ki, ABŞ rəsmiləri ilə Maduro üçüncü şəxslərin vasitəsilə onun Venesuelanı tərk edərək Türkiyəyə getməsi ehtimalını müzakirə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031