İran ölkədəki iğtişaşlara görə onları ittiham etdi

9-01-2026, 17:48 193 dəfə baxılıb

 

“İrandakı genişmiqyaslı iğtişaşlara görə İsrail və ABŞ məsuliyyət daşıyırlar”. 


“Yenisirvanli.info.az” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir. 


“Son günlər davam edən iğtişaşlar iqtisadi qeyri-sabitliyə qarşı etirazlarla başlasa da, İsrail onları ölkədəki sabitliyin pozulması istiqamətinə yönəldib. ABŞ Prezidenti Donald Trampın son bəyanatları, İran xalqının həyatının dayaqlarını sarsıtmağa çalışan iki rejimin sövdələşməsini bir daha təsdiqləyir. İran xalqı artıq bir dəfə - 12 günlük müharibə (İran-İsrail müharibəsi - red.) zamanı birliyini nümayiş etdirərək, düşməni strateji məğlubiyyətini etiraf etməyə məcbur edib. Bu gün eyni birlik sayəsində biz onların bütün dağıdıcı planlarını pozacağıq”, - bəyanatda deyilir.


Qeyd edək ki, İranda iqtisadi problemlər və milli valyutanın kəskin dəyər itirməsi səbəbindən başlayan etirazlar ölkənin müxtəlif bölgələrinə yayılıb. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində indiyədək 46 nəfərin həlak olduğu, onlarla insanın yaralandığı, iki mindən çox insanın isə saxlanıldığı bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031