KİV: İranın ali rəhbərinin ölkədən qaçma planı mövcuddur

5-01-2026, 15:44 146 dəfə baxılıb

 

İranın Ali Lideri ayətullah Əli Xamenei İran təhlükəsizlik qüvvələrinin etirazları yatıra bilməyəcəyi təqdirdə təxliyə planı hazırlayıb.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə "The Times" kəşfiyyat hesabatına istinadən məlumat yayıb.


Bildirilir ki, ordunun və təhlükəsizlik qüvvələrinin etirazçıların tərəfinə keçdiyini və ya əmrləri yerinə yetirmədiyini görərsə, 86 yaşlı İran lideri 20 nəfərlik yaxın ətrafı və ailə üzvlərinin müşayiəti ilə Tehrandan qaçmağı planlaşdırır.


"Xamenei Moskvaya qaçacaq, çünki onun başqa yeri yoxdur", - uzun müddət İsrail kəşfiyyatına xidmət edən və İslam İnqilabından səkkiz il sonra İrandan qaçan Beni Sabti belə deyib.


Nəşrin qeyd etdiyinə görə, qaçış planı 2024-cü ilin dekabrında devrilmiş Suriya lideri Bəşər Əsədin Dəməşqdən Moskvaya qaçış təcrübəsinə əsaslanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031