Tramp bu planı birinci prezidentlik dönəmində hazırlayıbmış

4-01-2026, 17:45 142 dəfə baxılıb

 

“Venesuela Prezidenti Nikolas Maduronun devrilməsi planı ABŞ Prezidenti Donald Trampın birinci prezidentlik dönəmində hazırlanmışdı”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu sözləri ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton CNN telekanalına verdiyi müsahibədə deyib.


Onun sözlərinə görə, Tramp əvvəlcədən Venesuela neftinə maraq göstərib və Maduronun devrilməsi ideyası onu maraqlandırıb.


Bolton qeyd edib ki, lakin Trampın diqqətini uzun müddət bu məsələdə saxlamaq mümkün olmayıb.


Onun sözlərinə görə, sonradan ABŞ-nin dövlət katibi Marko Rubio görünür ki, Trampı ikinci prezidentlik müddətində tədbir görməyə inandıra bilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031