Maduro Nyu-Yorka gətirilib - Fotolar

Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorkun Bruklin şəhərindəki istintaq təcridxanasına aparılıb.
“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə CNN Nyu-York polisinə istinadən məlumat yayıb.
Telekanal xəbər verir ki, bundan əvvəl o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vertolyotla Manhettenə aparılıb.
Təcridxananın qarşısında böyük izdiham yaranıb, bəzilərinin əlində Venesuela bayraqları olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: