Avropa ölkələrinin təhlükəsizlik üzrə rəsmilərinin Kiyevdə GÖRÜŞÜ BAŞLADI

3-01-2026, 18:43 130 dəfə baxılıb

 

Yanvarın 3-də bir sıra Avropa ölkələrinin milli təhlükəsizlik üzrə rəsmiləri Kiyevə gediblər.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov sosial şəbəkə hesabında paylaşım edib. Artıq Kiyevdə "istəklilər koalisiyası"nın iclası başlayıb.


Bildirilib ki, görüşlərdə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Latviya, Estoniya, Litva, Polşa, Finlandiya, Kanada, Niderland, İsveç, Norveç və Danimarkadan, həmçinin NATO, Avropa Şurası və Avropa Komissiyasından təhlükəsizlik üzrə müşavirlər iştirak edirlər.


"Qarşıda gərgin iş günü olacaq: təhlükəsizlik və iqtisadi məsələlər, çərçivə sənədləri üzərində iş və tərəfdaşlarla növbəti addımların koordinasiyası həyata keçiriləcək", - R.Umerov yazıb.


Qeyd edək ki, bu görüşdən sonra - yanvarın 6-da koalisiya liderlərinin görüşü Fransada planlaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031