Meksikada güclü zəlzələ: 936 afterşok qeydə alındı

3-01-2026, 08:17 120 dəfə baxılıb

 

Yanvarın 2-də Meksikada baş verən güclü zəlzələdən sonra seysmoloqlar 900-dən çox afterşok qeydə alıblar.


Yenisirvanli.info.az -ın xəbərinə görə, bu barədə Milli Seysmoloji Xidmət "X" hesabında məlumat verib.


"2 yanvar saat 20:00-a olan məlumata görə, Qerrero ştatının San-Markos rayonunda baş verən 6.5 bal gücündə zəlzələdən sonra 936 afterşok qeydə alınıb", - deyə məlumatda bildirilib.


Seysmoloqlar ən güclü afterşokun 4.7 bal gücündə olduğunu bildiriblər.


Xatırladaq ki, yanvarın 2-də Meksika sahillərində 6.5 bal gücündə zəlzələ baş verib. Seysmoloqların məlumatına görə, onun episentri Akapulko-de-Xuares şəhərindən təxminən 65 kilometr cənub-şərqdə yerləşib. Mexiko şəhərinin meri Klara Bruqada fəlakət nəticəsində 12 nəfərin xəsarət aldığını deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031