Ərdoğan Trampla telefonla danışacaq

2-01-2026, 19:41 117 dəfə baxılıb

 

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı baş tutacaq.


“Yenisirvanli.info.az” “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə İstanbulda cümə namazından sonra jurnalistlərə açıqlamasında danışıb.


Onun sözlərinə görə, ABŞ lideri ilə söhbəti yanvarın 5-də baş tutacaq.


Telefon danışığının Türkiyə vaxtı ilə 16:00-da (Bakı vaxtı ilə 15:00) başlayacağı gözlənilir. 


Ərdoğan qeyd edib ki, Trampla Rusiya-Ukrayna müharibəsi, eləcə də Fələstinə dair məsələləri müzakirə edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031