Yəmənin şərqində separatçılar mövqelərini hökumətyönlü qüvvələrə təhvil verməyə başladılar

1-01-2026, 18:36 125 dəfə baxılıb

 

Cənub Keçid Şurası (CKŞ) komandanlığı öz döyüşçülərinin "Vətən Qalxanı"adlanan hökumət qüvvələrinə inteqrasiyası prosesinin başladığını elan edib.


Yenisirvanli.info.az  TASS-a istinadən xəbər verir ki, bu barədə CKŞ təmsilçisi sözçüsü polkovnik-leytenant Məhəmməd ən-Nakib AIC telekanalında dərc olunmuş müraciətində deyib.


Ən-Nakib bu addımı "ərazi təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əldə edilmiş nailiyyətləri qoruyub saxlamaq məqsədi" daşıdığını bildirib. O qeyd edib ki, bu gündən silahlı qüvvələrə həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirmək üçün onların "Vətən Qalxanı"na inteqrasiyası prosesinə başlanılıb.


Ən-Nakibin sözlərinə görə, "Vətən Qalxanı"nın ilk briqadası artıq Hadramaut əyalətinin Tamud rayonuna yerləşdirilib və yaxın vaxtlarda Rama rayonundakı mövqeləri, eləcə də Hadramaut və Əl-Mahradakı bəzi obyektləri hökumət qüvvələrinə təhvil verəcəyi gözlənilir.


Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Cənub Keçid Şurasından olan separatçıların Yəmənin şərqindəki Hadramaut və Əl-Mahra əyalətlərinə nəzarəti bərqərar etməsindən sonra ölkədə vəziyyət gərginləşib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031