Bu gündən avroya keçdilər

1-01-2026, 16:43 120 dəfə baxılıb

 

Bolqarıstan bu gündən etibarən rəsmi olaraq Avro zonasına daxil olaraq, milli valyutası levdən imtina edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.


Bildirilib ki, artıq avro ölkənin yeganə qanuni ödəniş vasitəsinə çevrilib və bununla da Avropa İttifaqında (Aİ) vahid valyuta məkanından istifadə edən ölkələrin sayı 21-ə yüksəlib.


Qeyd edək ki, hazırda Aİ-yə üzv olan dövlətlər arasında hələ də öz milli valyutasını saxlayan cəmi 6 ölkə qalıb. Bunlar Çexiya, İsveç, Rumıniya, Polşa, Macarıstan və Danimarkadır.


Xatırladaq ki, Bolqarıstanın avroya keçidi ilə bağlı qərar Avropa İttifaqı Şurası tərəfindən 2025-ci ilin yayında təsdiqlənmişdi. Ölkə bu addımla Avropa iqtisadiyyatına daha sıx inteqrasiya etməyi hədəfləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031