Putinin Türkiyəyə səfəri planlaşdırılır

31-12-2025, 12:31 124 dəfə baxılıb

 

Rusiya Prezidenti Vladimir Putinin yaxın zamanlarda Türkiyəyə səfəri planlaşdırılır.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi türkiyəli diplomatik mənbəyə istinadla məlumat yayıb.


Bildirilib ki, Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında güclü və etibarlı dialoq mövcuddur. Bu dialoq iki ölkə arasında həm ikitərəfli münasibətlərin, həm də regional məsələlərin həllində effektiv rol oynayıb.


“Prezident Ərdoğan Putini Türkiyəyə səfərə dəvət edib və bu səfərin ən yaxın vaxtlarda baş tutacağı gözlənilir”, – deyə mənbə qeyd edib.


Xatırladaq ki, daha əvvəl də Vladimir Putinin 2026-cı ildə Türkiyəyə səfəri ilə bağlı məlumatlar yayılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031