Bu gərginlik ABŞ üçün diplomatik çətinliyə çevrilib - KİV

31-12-2025, 10:38 129 dəfə baxılıb

 

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı arasında Yəməndəki vəziyyətlə bağlı gərginliyin artması ABŞ diplomatiyası üçün yeni problem yaradır.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzetində dərc olunan məqalədə bildirilib.


Qeyd edilib ki, iki Yaxın Şərq dövləti arasındakı münasibətlərdə yaranmış çat ABŞ üçün diplomatik çətinlik və arzuolunmaz fəsad hesab olunur. Halbuki Vaşinqton hazırda İranı cilovlamağa və Tehranı nüvə proqramından imtina etməyə razı salmağa çalışır.


Nəşrin qeyd etdiyinə görə, iki Fars körfəzi ölkəsi arasında qarşıdurma onsuz da münaqişələrlə əhatə olunmuş bölgədə hərbi əməliyyatların daha da genişlənməsinə səbəb ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031