“İrana qarşı təcavüzə sərt cavab veriləcək”

30-12-2025, 16:40 121 dəfə baxılıb

 

“İrana qarşı təcavüz olarsa, cavab tədbirləri görüləcək”.


“Yenisirvanli.info.az” xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani ABŞ Prezidenti Donald Trampın son təhdidlərinə cavab olaraq bəyan edib. 


Şamxaninin sözlərinə görə, İran öz raket və müdafiə potensialını kiminsə nəzarəti, icazəsi ilə qurmur. 


“İstənilən təcavüzə dərhal və gözlənilməz dərəcədə sərt cavab veriləcək”, - iranlı siyasətçi bildirib. 


Xameneinin müşaviri həmçinin İranın müdafiə doktrinasına uyğun olaraq, cavab tədbirlərinin təhdidlər reallaşmazdan əvvəl hazırlandığını qeyd edib. 


Xatırladaq ki, ötən gecə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı İranın ballistik raket proqramını bərpa etməyə cəhd göstərəcəyi halda, yeni hərbi zərbənin mümkün olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031