Ermənistanda müxalif partiyanın iki nümayəndəsi saxlanıldı

30-12-2025, 14:41 136 dəfə baxılıb

 

Ermənistanda müxalif Vətən Partiyasının baş katibi Xaçik Qalstyan gecə saatlarında saxlanılıb.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə vəkil Arsen Babayan sosial mediada məlumat yayıb.


"Dostum Xaçik Qalstyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən sonradan həbs olunmaq məqsədilə saxta ittihamlarla saxlanılıb. Siyasi təqiblər davam edir", - deyə o yazıb.


Daha sonra bu partiyanın digər nümayəndəsi Aram Koçaryan Vaqarşapatda saxlanılıb. Bu barədə sosial mediada partiyanın mətbuat katibi Ripsime Arakelyan məlumat verib.


Sözügedən partiya 2020-ci ildə Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan tərəfindən təsis edilib. O, 2019-cu ilin sentyabrında həmin vəzifədən uzaqlaşdırılıb və bundan sonra müxalifətə qoşulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031