Türkiyə bu tarixdə Ermənistanla sərhədi aça bilər

27-12-2025, 12:41 129 dəfə baxılıb

 

“Türkiyə 1 yanvar 2026-cı il tarixində üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün Ermənistanla sərhədi açacaq”.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Ermənistanın “Qraparaq” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. 


Bildirilir ki, Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın İrəvana təqdim etdiyi təkliflər və niyyətlər paketində həm də sərhədin qeyd edilən sxem üzrə açılması planları öz əksini tapıb. 


Bununla belə, qəzetin yazdığına görə, Türkiyə hələlik yükdaşımalar üçün sərhədi açmaq niyyətində deyil. 


Rəsmi Ankara həmçinin diplomatik münasibətlərin qurulması haqqında protokol hazırlayıb, lakin onun imzalanması üçün Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsən Türkiyəyə səfər etməsini istəyir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031