ABŞ Nigeriyada İŞİD terrorçularına zərbələr endirdi

26-12-2025, 08:38 122 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Trampın göstərişinə əsasən, Amerika Birləşmiş Ştatları Nigeriyanın şimal-qərbində İŞİD terrorçularına qarşı güclü hərbi əməliyyat həyata keçirib.


“Yenisirvanli.info.az”ın xəbərinə görə, bu barədə Tramp “Truth” sosial media platformasında məlumat verib.


Prezidentin sözlərinə görə, ABŞ əvvəlcədən terrorçulara xəbərdarlıq edib və xristianlara qarşı zorakılığı dayandırmazlarsa, cəzalandırılacaqlarını bildirib.


Tramp qeyd edib ki, hərbi departament bu gecə yalnız ABŞ-ın edə biləcəyi çoxsaylı hücumlar həyata keçirib.


“Mənim rəhbərliyim altında ölkəmiz radikal İslam terrorizminin çiçəklənməsinə imkan verməyəcək”, - deyə ABŞ Prezidenti əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031