ABŞ bu regiona əlavə hərbi qüvvələr toplayır

24-12-2025, 10:43 131 dəfə baxılıb

 

ABŞ bu həftə Karib regionuna əlavə hərbi qüvvələr və avadanlıqlar göndərib.


“Yenisirvanli.info.az” “The Wall Street Journal”a istinadən xəbər verir ki, son günlərdə regiona ABŞ Hərbi Hava Qüvvələrinin 10 ədəd “V-22 Osprey” hərbi nəqliyyat təyyarəsi və “C-17 yük təyyarələri cəlb edilib. 


Bu təyyarələrin hərbi personal və avadanlıq daşıdığı bildirilir.  


Ağ Ev və Pentaqon isə məsələni şərh etməyib. 


Bildirilib ki, son aylarda Venesuela ilə münasibətlərin gərginləşməsi fonunda ABŞ Karib hövzəsində qoşunlarını artırmağa başlayıb. Regionda hərbi gəmilər donanması, o cümlədən ən müasir “Gerald Ford” aviadaşıyıcısı və beş esmines, aviadaşıyıcı zərbə qrupu, dəniz piyadaları qrupu, qırıcı təyyarələr, elektron mübarizə təyyarələri və xilasetmə helikopterləri yerləşdirilib.


Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduronu devirmək üçün müharibəyə başlamaq istədiyi barədə xəbərlər yayılmışdı. Ağ Ev rəhbəri həmçinin Venesuelanın hazırkı hakimiyyətini xarici terror təşkilatı kimi tanıdığını bəyan edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031