ABŞ Suriyada antiterror əməliyyatına başladı

20-12-2025, 08:33 117 dəfə baxılıb

 

ABŞ ordusu Suriyada İŞİD hədəflərinə qarşı antiterror əməliyyatına başlayıb.


“Yenisirvanli.info.az”ın məlumatına görə, bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset sosial şəbəkə hesabında açıqlama yayıb.


Heqset bildirib ki, “Hawkeye Strike” (“Şahin gözü zərbəsi”) adlı əməliyyat Suriyada İŞİD döyüşçülərini, infrastrukturunu və silah obyektlərini məhv etmək məqsədi ilə həyata keçirilib.


Onun sözlərinə görə, əməliyyat dekabrın 13-də Suriyanın Palmira şəhərində ABŞ qüvvələrinə qarşı törədilmiş hücuma birbaşa cavabdır.


“Bu, müharibənin başlanğıcı deyil, bu, qisas bəyanatıdır”, - Pit Heqset qeyd edib.


O əlavə edib ki, Prezident Donald Trampın rəhbərliyi altında ABŞ öz vətəndaşlarını qorumaqdan heç vaxt çəkinməyəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031