KİV: ABŞ Zelenskinin referendum təklifini irəliləyiş kimi qiymətləndirib

13-12-2025, 17:36 132 dəfə baxılıb

 

Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi referendumunun keçirilməsi barədə açıqlamasını münaqişənin sülh yolu ilə həllində irəliləyiş hesab edir.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrinə istinadən məlumat yayıb.


Adı açıqlanmayan Ağ Ev rəsmisi nəşrə bildirib ki, ABŞ, həmçinin Ukraynaya NATO qanunlarına əsasən, təhlükəsizlik zəmanətləri verməyə hazırdır.


"Ukraynalılara kifayət qədər etibarlı təhlükəsizlik zəmanətləri vermək istəyirik. Bunu Konqresdə səsverməyə təqdim etməyə hazırıq", - deyə nəşrin mənbəsi bildirib.


Qeyd edək ki, Zelenski Ukrayna münaqişəsinin sülh yolu ilə həlli çərçivəsində ərazi məsələsinin referenduma çıxarılmalı olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031