Gürcüstanda ali təhsilin müddəti azaldılır - Qanun qəbul edildi

11-12-2025, 11:18 110 dəfə baxılıb

 

Gürcüstan parlamenti “Ali təhsil haqqında” Qanuna və ali təhsil islahatı ilə bağlı qanun layihələrində dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.


“Yenisirvanli.info.az” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Gürcüstan təhsil, elm və gənclik nazirinin müavini Zviad Qabisonia məsələni plenar iclasda üçüncü oxunuşda, sürətləndirilmiş qaydada təqdim edib.


Dəyişikliklərə əsasən, Gürcüstan hökuməti tərəfindən əsası qoyulmuş ali təhsil müəssisələrində Gürcüstan vətəndaşının akademik ali təhsilin I və II pillələrində təhsilini dövlət tam maliyyələşdirəcək.


Digər tərəfdən, Gürcüstan hökuməti tərəfindən əsası qoyulmuş ali təhsil müəssisələrində akademik ali təhsilin I və II pillələrində başqa şəxslərin təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi qaydası və şərtlərini Gürcüstan hökuməti müəyyən edəcək.


Bununla yanaşı, universitet sistemində 3+1 sistemi tətbiq ediləcək, üç il bakalavriat, bir il isə magistraturaya həsr olunacaq.


Bundan əlavə, 2028-ci ilin yanvarın 1-nə qədər onlayn universitet konsepsiyası/modeli və standartı işlənib hazırlanmalıdır.


Qeyd edək ki, Gürcüstanda bakalavr pilləsi üzrə təhsilin müddəti 4, magistratura pilləsi üzrə isə 2 il təşkil edirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031