Tramp "Netflix"lə razılaşmanın problem yaradacağını düşünür

8-12-2025, 13:27 2 257 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp bildirib ki, "Netflix"in "Warner Bros."la razılaşması problem yarada bilər.


Yenisirvanli.info.az  xəbər verir ki, məlumatı "Business Insider" yayıb.


Nəşr ABŞ prezidentinin Kennedi adına İfaçılıq sənəti mərkəzində jurnalistlərin suallarını cavablandırdığını bildirib. Ağ Ev rəhbəri deyib ki, sözügedən razılaşma barədə qərarın qəbul olunmasında iştirak etmək istəyir.


D.Tramp "Netflix"in "fenomenal iş" gördüyünü vurğulayıb və ötən həftə Ağ Evdə qonaq olan şirkətin baş direktoru Ted Sarandosu "gözəl insan" adlandırıb. Eyni zamanda, ABŞ prezidenti qeyd edib ki, "Netflix"in bazarda böyük payı var.


"Onlar "Warner Bros."u da əldə etdikdən sonra bu pay xeyli artacaq. Buna görə də, mən bilmirəm. Buna iqtisadçılar qərar verməlidirlər. Bu barədə qərarın qəbulunda mən də iştirak edəcəyəm... Heç şübhəsiz ki, bu, bazarda çox böyük hissədir... Razılaşma problem yarada bilər", - deyə prezident əlavə edib.


Xatırladaq ki, ABŞ-nin "Netflix" yayım şirkəti "Warner Bros. Discovery" şirkətinin satın alınması ilə bağlı razılığa gəldiyini elan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031