Trampa DÇ-2026-nın püşkatma mərasimində sülh mükafatı veriləcək

5-12-2025, 10:20 129 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp bu gün futbol üzrə dünya çempionatının (DÇ-2026) püşkatma mərasimində iştirak edəcək.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə "Politico" nəşri tədbirin proqramına istinadən məlumat yayıb.


Məlumata görə, tədbirdə ABŞ lideri FIFA Sülh Mükafatını almaq üçün səhnəyə çıxacaq.


Bildirilir ki, iki saat davam edəcək tədbir Trampın sevimli opera müğənnilərindən olan Andrea Boçellinin çıxışı ilə başlayacaq. Daha sonra FIFA prezidenti Canni İnfantino Trampı Sülh Mükafatı laureatı kimi təqdim edəcək. ABŞ-nin dövlət başçısının mükafatı aldıqdan sonra səhnədə çıxış edəcəyi gözlənilir.


Məlumata görə, püşkatma mərasimi ABŞ liderinin sevdiyi "YMCA" hitinin "Village People" qrupunun ifasında səsləndirilməsi ilə yekunlaşacaq.


Qeyd edək ki, DÇ-2026-da ilk dəfə 48 komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031