Bu ölkələr aclıq təhlükəsi ilə üz-üzədir

30-11-2025, 17:47 118 dəfə baxılıb

 

Dünyanın 5 ölkəsində aclıq təhlükəsi var.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu haqda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Rusiya ilə əlaqələr üzrə ofisinin direktoru Oleq Kobyakov bildirib.


Kobyakovun sözlərinə görə, bu problem Qəzza zolağı, Sudan, Cənubi Sudan, Mali və Haitidə müşahidə olunur. Ümumilikdə bu il dünya əhalisinin 9,1 faizi aclıqla üzləşib ki, bu da təxminən 735 milyon insan deməkdir.


Kobyakov xəbərdarlıq edib ki, bu insanlar orqanizmin ən azı əsas fizioloji ehtiyaclarını ödəmək üçün kifayət qədər qidaya malik deyillər.


Onun sözlərinə görə, konkret olaraq Qəzza zolağına gəlincə, orada iki milyona yaxın insan hazırda aclıq təhlükəsi ilə üz-üzədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031