Honkonqda yanğında ölənlərin sayı 146-ya çatdı

30-11-2025, 12:33 106 dəfə baxılıb

 

Honkonqda yaşayış kompleksindəki yanğında ölənlərin sayı 146-ya yüksəlib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə "South China Morning Post" agentliyi məlumat yayıb.


Bildirilib ki, bundan əvvəl 128 nəfərin öldüyü bildirilirdi. Son iki gündə hadisə yerində 30 cəsəd tapılıb, lakin onların sayının artacağı gözlənilir. Bundan başqa 12-si yanğınsöndürən olmaqla, 79 nəfər xəsarət alıb.


Qeyd edək ki, noyabrın 26-da Honkonqun Tay Po rayonunda 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın baş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031