Ukrayna nümayəndə heyəti Uitkoffla danışıqlar aparmaq üçün ABŞ-yə gedib

29-11-2025, 14:36 110 dəfə baxılıb

 

Ukrayna nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffla danışıqlar aparmaq üçün bu ölkəyə gedib.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat yayıb.


Məlumata görə, nümayəndə heyətinə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa daxildir.


Bildirilir ki, tərəflər arasında Trampın irəli sürdüyü sülh planı müzakirə olunacaq. Ukrayna rəsmilərinin Floridada Uitkoffla yanaşı Trampın kürəkəni Cared Kuşnerlə də görüşəcəkləri vurğulanır.


"Bloomberg" bildirir ki, Uitkoff gələn həftə Rusiyada keçiriləcək danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031