Uitkoff: "Rusiya, Ukrayna və ABŞ biznes tərəfdaşlarına çevrilə bilər"

29-11-2025, 12:38 135 dəfə baxılıb

 

"Rusiya, Ukrayna və ABŞ gələcəkdə biznes tərəfdaşlarına çevrilə bilər".


Yenisirvanli.info.az  "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.


Onun sözlərinə görə, ABŞ-nin Ukrayna münaqişəsinin həlli ilə bağlı sülh planı həyata keçərsə, yenidən qarşıdurma yaranmaması üçün belə variant tərəflər üçün faydalı olar.


"Rusiyanın böyük resursları və ərazisi buna imkan verir. Əgər biz müharibənin həlli ilə bağlı planı həyata keçirsək, bu, gələcək münaqişələrə qarşı müdafiə rolunu oynayacaq. Çünki bütün tərəflər bundan faydalana bilər", - deyə Uitkoff vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031