“Qəzzada epidemiya riski yüksəkdir”

13-11-2025, 18:41 104 dəfə baxılıb

 

“Qəzzada ekoloji vəziyyət fəlakət həddinə çatıb, epidemiya riski isə yüksəkdir”. 


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə anklavın Xan Yunis şəhərinin bələdiyyə sədri Əlaa-əl Batta “Əl-Cəzirə” telekanalına bildirib.


“Biz xəstəliklərin və epidemiyaların yayılmasına səbəb olacaq əsl fəlakətlə üzləşirik”, - kanalın müsahibi vurğulayıb. 


Onun sözlərinə görə, hərbi əməliyyatlar sektorda çox böyük dağıntılara səbəb olub ki, bu da zibil və tullantıların vaxtında daşınmasını çətinləşdirir: 


“Vəziyyəti pisləşdirən digər bir amil bombardmanlar nəticəsində sektorun bitki örtüyünün 90%-nin məhv olmasıdır”. 


Qeyd edək ki, daha əvvəl BMT-nin İnkişaf Proqramının (UNDP) Qəzza bölməsinin rəhbəri Alessandro Mrakiç anklavda tonlarla zibilin olduğunu, antisanitar şəraitin isə yerli əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığını bildirmişdi. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031