Tokayev Putinlə müttəfiqlik haqqında bəyannamə imzalayacaq

11-11-2025, 11:49 99 dəfə baxılıb

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfəri zamanı Moskva və Astananın hərtərəfli strateji tərəfdaşlığa keçidi ilə bağlı bəyannamə imzalanacağını açıqlayıb.


Yenisirvanli.info.az  xarici KİV-ə istinadən xəbər verir ki, Tokayevin Rusiyaya dövlət səfəri noyabrın 11-12-nə planlaşdırılıb.


“Moskvaya səfərimin geniş gündəliyinin əsas bəndi Qazaxıstan və Rusiya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə keçməsi haqqında bəyannamənin imzalanması olacaq”, - Tokayev qeyd edib.


O vurğulayıb ki, bəyannamə Moskva və Astana arasında görünməmiş etimad səviyyəsini, eləcə də bütün sahələrdə daha sıx əməkdaşlıq etməyə birgə hazır olduqlarını təsdiq edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031