“Zelenski Milad bayramına qədər öldürülə bilər”

10-11-2025, 15:43 140 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenskinin Milad bayramınadək ya öldürüləcəyi, ya da gizli sığınacaqlarından birinə qaçacağı ehtimal edilir.


Yenisirvanli.info.az  xəbər verir ki, bu iddianı ABŞ-nin keçmiş dövlət katibi Kolinq Pauellin aparat rəhbəri, ehtiyatda olan polkovnik Lourens Uilkerzon “RIA Novosti”yə müsahibəsində səsləndirib.


Onun sözlərinə görə, Zelenski yaxın ətrafındakı oliqarxların və tərəfdarlarının dəstəyini itirəcək:


“Bu halda isə ya gizlənəcək, ya da aradan götürüləcək. Məncə, bu hadisələrdən biri Miladadək baş verəcək. Zelenskinin bundan artıq dözə biləcəyinə inanmıram”.


Xatırladaq ki, bundan əvvəl Pentaqonun sabiq müşaviri Duqlas Makqreqor da Zelenskinin Polşaya qaçış planı hazırladığını iddia etmiş, Rusiya Dövlət Dumasında isə onun Britaniya kəşfiyyatı tərəfindən aradan götürülməsi ehtimalı irəli sürülmüşdü.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031