ABŞ-də təyyarə qəzası: Azı yeddi nəfər həlak oldu
ABŞ-nin Kentukki ştatının Luisvill hava limanı yaxınlığında "UPS Airlines" şirkətinə məxsus "MD-11" təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı yeddi nəfər həlak olub.
Yenisirvanli.info.az -ın məlumatına görə, Luisvill qubernatoru Endi Beşşir bu barədə açıqlama verib.
O, "X"də verdiyi açıqlamada bildirib ki, ölənlərin sayının artacağı gözlənilir.
Beşşir deyib ki, hazırda yanğının söndürülməsi üçün işlər davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: