“Ümid edirəm, Ərdoğan İrəvanda keçiriləcək sammitdə iştirak edəcək”

4-11-2025, 14:20 111 dəfə baxılıb

 

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Siyasi Birliyinin 2026-cı ilin may ayında İrəvanda keçiriləcək sammitində iştirak edəcəyinə ümid edirəm”.


“Yenisirvanli.info.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan “Orbeli: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” forumunda çıxışı zamanı bildirib.


“Türkiyəyə iki dəfə səfər etmişəm. Onlardan biri kifayət qədər uğurlu hesab etdiyim işgüzar səfər olub. Bu səfər zamanı Prezident Ərdoğanı Avropa Siyasi Birliyinin 2026-cı ilin mayında Ermənistanda keçiriləcək sammitində iştirak etməyə dəvət etdim. Səfərin mümkünlüyünü şərh etmək düzgün olmazdı, lakin ümid edirəm ki, dəvət qəbul ediləcək”, - Ermənistan Baş naziri söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031