Meksikada mağazada yanğın 22 nəfərin həyatına son qoydu

2-11-2025, 13:39 124 dəfə baxılıb


Meksikanın Hermosilyo şəhərində mağazada baş verən yanğın nəticəsində dördü uşaq olmaqla azı 22 nəfər ölüb.


Yenisirvanli.info.az  bu barədə "El Universal" nəşrinə istinadən xəbər verir.


Bildirilir ki, daha 12 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.


Qeyd edilir ki, mağazada yanğın partlayışdan sonra baş verib. Yanğın mağazanın girişində başlayıb, bu səbəbdən bir çox alıcı içəridə təcrid olunmuş vəziyyətdə qalıb.


Yanğın lokallaşdırılaraq qonşu binalara yayılmasının qarşısı alınıb. Yanğının baş vermə səbəbləri qismində nəzərdə keçirilən versiyalara texniki nasazlıq və alışan materialların mümkün mövcudluğu daxildir.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031