Tramp Pentaqona dərhal nüvə silahı sınaqlarına başlamağı tapşırdı

30-10-2025, 13:27 134 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp Pentaqona dərhal nüvə silahı sınaqlarına başlamağı tapşırdığını açıqlayıb.


Yenisirvanli.info.az  xəbər verir ki, o, müvafiq məlumatı "Truth Social"da paylaşıb.


Trampın sözlərinə görə, ABŞ ən böyük nüvə silahı arsenalına malikdir.


"Rusiya ikinci, Çin isə xeyli geridə qalaraq üçüncü yerdədir, lakin beş il ərzində bərabərləşəcək. Digər ölkələrin sınaq proqramlarına görə, Müdafiə Nazirliyinə bərabər əsasda nüvə silahlarımızı sınaqdan keçirməyə başlamağı tapşırdım. Bu proses dərhal başlayacaq", - deyə Ağ Ev rəhbəri yazıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031