Donald Tramp və Si Cinpinin Cənubi Koreyada görüşü olub

30-10-2025, 11:41 129 dəfə baxılıb

 

Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında Cənubi Koreyanın Busan şəhərində keçirilən danışıqlar bir saat 40 dəqiqədən sonra başa çatıb.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.


Kanal hələlik liderlərin görüşünün təfərrüatını açıqlamayıb.


Danışıqların əvvəlində Si Cinpin ikitərəfli münasibətlərin mütərəqqi inkişafına çağırıb. O, həmçinin Çin və ABŞ-nin əsas ticarət və iqtisadi fikir ayrılıqlarının həlli ilə bağlı əsas konsensusa gəldiklərini qeyd edib. Tramp da öz növbəsində Si Cinpinlə görüşünün çox uğurlu olacağına əminliyini bildirib.


"Reuters" agentliyi Trampın danışıqlardan sonra birgə bəyanat vermədiyini və dərhal xüsusi təyyarəsinə doğru getdiyini bildirib.


Qeyd edək ki, bundan əvvəl Tramp və Si Cinpin 2019-cu ildə Osakada keçirilən G20 sammiti çərçivəsində görüşmüşdülər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031