Türkiyədəki zəlzələdə yaralananların sayı açıqlandı

28-10-2025, 08:40 148 dəfə baxılıb

 

Balıkesir valisi İsmail Ustaoğlu bölgədə baş verən zəlzələdən sonra açıqlama verib.


“Yenisirvanli.info.az”ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, o bildirib ki, zəlzələ zamanı can itkisi qeydə alınmayıb, lakin zərər görmüş üç bina uçub.


Valinin sözlərinə görə, zəlzələdə yaralanan 22 nəfərdən 4-ü xəstəxanadan evə buraxılıb, digər yaralıların isə ümumi sağlamlıq vəziyyəti yaxşıdır.


Xatırladaq ki, Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib, sarsıntı İstanbul, Bursa və İzmir kimi ətraf şəhərlərdə də hiss olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031